Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir

Rusiya Federasiyası Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində sentyabrın 24-də Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə kənd təsərrüfatı, qida sənayesi, tikinti və kiçik sahibkarlıq subyektlərini təmsil edən iş adamları iştirak etmişlər.
Forumun açılışında iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanın sürətli iqtisadi inkişafından danışmış, tədbirin əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, bugünkü biznes forum hər iki ölkənin regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır.
Rusiya Federasiyası Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov ölkələrimizin böyük iqtisadi potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Volqoqrad vilayəti ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətini qeyd etmişdir.
AZPROMO-nun rəhbəri vəzifəsinin icraçısı Rüfət Məmmədov Azərbaycanın investisiya və biznes imkanları, Volqoqrad vilayətinin iqtisadiyyat, xarici iqtisadi əlaqələr və investisiyalar naziri Elvira Laqutina təmsil etdiyi ölkənin investisiya imkanları barədə danışmışdır.
Forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında