Günay ƏFƏNDİYEVA: UNESCO-Azərbaycan əlaqələrinin möhkəmlənməsində Heydər Əliyev Fondunun fəaliyyəti ölçüyəgəlməzdir

Bu sözləri sentyabrın 24-də Bakıda öz işinə başlayan "Muzey icmaları və dövlət qurumları arasında qeyri-maddi mədəni irsin mühafizəsi və inkişafı üzrə əməkdaşlıq" Beynəlxalq forumunda iştirak edən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva AzərTAc-a müsahibəsində demişdir.  
G.Əfəndiyeva bildirmişdir ki, Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən mədəniyyətin və incəsənətin inkişafı ilə bağlı görülən işlər sayəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artmışdır.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi demişdir ki, Heydər Əliyev Fondunun fəaliyyəti ölkə daxilində həyata keçirilən işlərlə yekunlaşmır, bu işlər ölkə xaricində də davam etdirilir. Strasburqda kilsənin bərpası, Haitidə zəlzələdən zərər çəkmiş insanlara yardım kimi xeyriyyə məqsədi daşıyan işləri misal gətirə bilərik. Bütün bunlar çox vacib məsələlərdir və bu xeyriyyə tədbirlərinin UNESCO-Azərbaycan əlaqələrinin genişləndirilməsində böyük əhəmiyyəti vardır.
Heydər Əliyev Fondunun fəaliyyəti və bilavasitə Mehriban xanım Əliyevanın nüfuzu və diqqəti sayəsində biz bu layihələrdə iştirak edə bilirik. Ümumilikdə, Heydər Əliyev Fondunun fəaliyyəti UNESCO-da yüksək qiymətləndirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında