Bakıda "Qlobal mədəniyyətin təşəkkülü dövründə Avrasiya ideyası" mövzusunda elmi konfrans keçirilir

Sentyabrın 24-də Beynəlxalq Mətbuat Mərkəzində "Qlobal mədəniyyətin təşəkkülü dövründə Avrasiya ideyası" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlamışdır. 
Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutu və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin Dövlət Sənətşünaslıq İnstitutu tərəfindən reallaşdırılmışdır.
AzərTAc xəbər verir ki, Azərbaycandan və Rusiya Federasiyasından olan alim və mütəxəssislərin iştirak etdikləri beynəlxalq konfransda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtegin Salamzadə müasir dünyada gedən qloballaşma proseslərindən, qloballşma şəraitində Avrasiya mədəniyyətindən danışmış, mədəniyyətlərin dialoqunun vacibliyini bildirmişdir.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini İmaş Hacıyev, böyük elmi işçisi Tahir Bayramov, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Dövlət Sənətşünaslıq İnstitutunun direktor müavini, professor Nikolay Xrenov, professor İqor Kondakov və digər alimlər mövzu ilə bağlı fikirlərini söyləmiş, onun əhəmiyyətindən bəhs etmişlər.
Sonra "Qloballaşma şəraitində Avrasiya mədəniyyətlərinin dialoqu", "Qlobal mədəniyyətin təşəkkülü dövründə Avrasiya ideyası", "Avrasiya qlobaliteti", "Qloballaşma şəraitində dizaynın rolu" və digər mövzularda məruzələr dinlənilmiş, geniş müzakirələr aparılmışdır.
Beynəlxalq elmi konfrans sentyabrın 25-də işini davam etdirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında