Məzahir PƏNAHOV: Belarus MSK-nın peşəkarlıq səviyyəsi bütün tələblərə cavab verir

Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər keçirilmişdir. Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) peşəkarlıq səviyyəsi bütün tələblərə cavab verir. 
Bu fikri beynəlxalq müşahidəçi qismində Belarusda olan Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov BELTA-ya müsahibəsində səsləndirmişdir.
M.Pənahov demişdir: "Azərbaycan MSK artıq 10 ildir Belarus MSK ilə sıx əməkdaşlıq edir. Belarus Mərkəzi Seçki Komissiyasının peşəkarlıq səviyyəsi bütün tələblərə cavab verir. Bu seçkilər və müşahidə etdiyimiz əvvəlki seçkilər yüksək səviyyədə təşkil edilmiş və keçirilmişdir. Məntəqələrdəki komissiya üzvləri çox savadlı insanlardır və öz işlərini yaxşı bilirlər".
Müşahidəçilərin seçkilərin hazırlanmasına və keçirilməsinə dair heç bir iradı olmadığını vurğulayan Məzahir Pənahov demişdir: "Ucqarlarda insanlar seçkilərdə daha mütəşəkkil iştirak edirlər. Əslində, bütün dünyada belədir, çünki insanlar bir-birini, o cümlədən səs verməyə getdikləri namizədləri tanıyırlar. Buna görə də kəndlərdə seçicilərin fəallığı olduqca yüksəkdir".
Azərbaycan MSK-nın sədrinin sözlərinə görə, vaxtından əvvəl səsvermə Belarusda keçirilən seçkilərin fərqləndirici xüsusiyyətidir, çünki bir çox kəndlərdə insanlar məhz vaxtından əvvəl səs verməyə gəlirlər.
M.Pənahov Belarusun bəzi müxalifət partiyalarının parlament seçkilərini boykot etmək çağırışlarını şərh edərək bildirmişdir ki, postsovet məkanında tez-tez təsadüf edilən belə hallar vətəndaşlıq mövqeyi nöqteyi-nəzərindən tamamilə qəbuledilməzdir.

{nl}

Zeynal AĞAZADƏ AzərTAc-ın xüsusi müxbiri
Minsk

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında