Hakimlərin Seçki Komitəsinin ilk iclası keçirilmişdir

Məhkəmə-Hüquq Şurası tərəfindən yüksək məhkəmə hakimlərindən, habelə ədliyyə, prokurorluq, şuranın aparatı, Vəkillər Kollegiyasının nümayəndələrindən və hüquqşünas-alimdən ibarət tərkibdə yenidən formalaşdırılmış Hakimlərin Seçki Komitəsinin (HSK) ilk iclası keçirilmişdir.
HSK-dan bildirmişlər ki, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tədbirdə çıxış edərək ölkəmizdə məhkəmə fəaliyyətinin müasirləşdirilməsi üzrə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, bu sahədə əldə edilmiş müsbət nəticələri vurğulamış, məhkəmə fəaliyyətinin təşkilində Hakimlərin Seçki Komitəsinin mühüm rolunu qeyd etmişdir.
Tədbirdə məhkəmə sisteminin mənəvi cəhətdən saf və hazırlıqlı hakimlər hesabına komplektləşdirilməsi məqsədi ilə Azərbaycanda hakimliyə namizədlərin seçilməsinin ən mütərəqqi və şəffaf qaydalarının müəyyən edilməsi vurğulanmışdır.
Qeyd edilmişdir ki, son illərdə çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə 2 min 200 namizədlə aparılmış seçim prosedurları nəticəsində 157 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin edilmiş, 80 nəfər namizəd hakim vəzifələrinə hazırlanmaları üçün birillik kurslara cəlb olunmuş, onların məhkəmələrdə, o cümlədən xarici ölkələrdə staj keçməsi təşkil edilmişdir.
Hazırda bütün birinci instansiya məhkəmələri hakimlərinin yarıdan çoxunun yeni qaydalarla seçilib təyin olunduğu, apelyasiya məhkəmələrinin komplektləşdirilməsi üçün kadr potensialı kimi məhz həmin hakimlərə müraciət edildiyi bildirilərək, Hakimlərin Seçki Komitəsi tərəfindən yaradılmış müsbət təcrübə təqdir edilmiş, onun qarşısında duran mühüm vəzifələrə toxunulmuşdur.
Sonra iclasda bir sıra təşkilati məsələlərə baxılmışdır. Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev Hakimlərin Seçki Komitəsinin sədri seçilmişdir.
İclasda həmçinin hakimliyə namizədlərin seçilməsi prosesinin hazırkı durumu, tədris kurslarının nəticələri üzrə yazılı və şifahi imtahanların təşkili və digər məsələlər müzakirə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında