Qəbul imtahanlarında yüksək bal toplayanlarla görüş

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış sumqayıtlı gənclərlə görüş keçirilmişdir.
Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlərlə tələbə adını qazananları təbrik edərək onlara şəxsi həyatlarında və təhsildə uğurlar arzulamışdır. Şəhər gənclərinin və idmançılarının əldə etdikləri uğurlardan danışan natiq, ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin müdrikliklə söylədiyi "Sumqayıt istedadlı, savadlı gənc oğlanlar və qızlar şəhəridir" ifadəsinin bir daha öz təsdiqini tapdığını vurğulamışdır.
Şəhər Təhsil Şöbəsinin müdiri, əməkdar müəllim Vidadi Bağırov tədbir iştirakçılarını son qəbul imtahanlarında Sumqayıt məktəblərinin iştirakı barədə hazırlanmış analitik nəticələrlə tanış etmişdir. Bildirilmişdir ki, bu yay imtahanlarda 92 sumqayıtlı abituriyent 600 baldan yuxarı nəticə göstərmişdir. Natiq bu imtahanların da Sumqayıt təhsili üçün uğurlu sayıla biləcəyini söyləmiş, tələbə gənclərə ən xoş arzularını çatdırmışdır.
Sonda ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan sumqayıtlı gənclərə Baş İdarənin fəxri fərmanları və hədiyyələri təqdim edilmişdir.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında