Məşhur fransız aktyoru erməniləri məyus etmişdir

Məşhur fransız aktyoru Jerar Depardyenin Cənubi Qafqaz bölgəsində ilk dəfə Ermənistana səfər etməsindən öyünərək az qala bunu fövqəladə hadisə kimi qələmə verən ermənilər aktyorun Azərbaycana ikinci səfəri zamanı ölkəmiz barədə məftunluqla söylədiyi sözlərdən məyus olmuşlar.
Bunu Fransada güclü erməni lobbisinin vəsaiti hesabına fransız dilində nəşr olunan gündəlik "Ermənistan xəbərləri" jurnalı da etiraf etmişdir. Jurnalın 21 sentyabr tarixli nömrəsində dərc olunan "Jerar Depardye: Azərbaycan çox tolerant bir dövlətdir" sərlövhəli yazıda qeyd edilir ki, Jerar Depardye Azərbaycana ikinci səfərində bildirmişdir: "Azərbaycan gözəlliyinə, mədəniyyətinə, qonaqpərvərliyinə görə Qafqazın digər ölkələrindən tamamilə fərqlənir. Bu ölkənin sakinləri bizi xaricilər kimi yox, öz yaxınları tək salamlayırlar. Mən Dağıstanla sərhəd olan bütün Azərbaycan kəndlərini gəzdim. Azərbaycan var-dövləti ilə regionda yeganə ölkədir.
Azərbaycan çox tolerant bir dövlətdir. Burada azsaylı xalqların dininin, dilinin, mədəniyyətinin, incəsənətinin inkişafına dövlət tərəfindən hərtərəfli qayğı göstərilir".
Məqalənin sonunda Azərbaycanla bağlı hər hansı məsələyə qara yaxmağa çalışan jurnal bu dəfə də ənənəsinə sadiq qalmış, fransız aktyorunun ölkəmizə səfərinə başqa don geydirməyə səy göstərmişdir. Müəllif aktyorun səfərini gənc azərbaycanlı ssenaristlər üçün Beynəlxalq Kino Məktəbini açmaqla əlaqələndirmişdir.
Azərbaycan ilə Fransa arasında mədəni əlaqələrin daha da inkişafına xidmət edəcək məktəbin açılması ermənilərin heç də ürəyincə deyildir. Onlar Azərbaycan və fransız xalqlarının yaxınlaşmasından ciddi narahat olmağa başlamışlar.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında