"Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqının yeni soyuducu anbar kompleksi, qənd istehsalı və şəkər tozu paketləmə sahəsi istifadəyə verilmişdir

Sentyabrın 20-də Naxçıvanda "Cahan Holdinq" Kommersiya Şirkətlər İttifaqı tərəfindən yaradılan yeni soyuducu anbar kompleksinin, qənd istehsalı və şəkər tozu paketləmə sahəsinin açılışı olmuşdur.
Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni istehsal və xidmət sahələrinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmişdir. "Özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyi, kənd təsərrüfatının sürətli inkişafı, yeni istehsal sahələrinin istifadəyə verilməsi ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına əlverişli şərait yaratmışdır", - deyən Ali Məclisin sədri artıq muxtar respublikada da ərzaq təhlükəsizliyinin tam təmin olunduğunu, yeni istehsal və xidmət sahələrinin yaradıldığını diqqətə çatdırmışdır. Bildirilmişdir ki, əlverişli biznes və investisiya mühiti, sahibkarlığa göstərilən dövlət qayğısı nəticəsində bu gün muxtar respublika əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının xeyli hissəsi yerli istehsal hesabına ödənilir. Yerli istehsalın genişləndirilməsi və əhalinin ekoloji təmiz məhsullarla təminatında mövsüm ərzində istehlakdan artıq istehsal olunmuş kənd təsərrüfatı və ərzaq məhsullarının soyuducu anbarlara tədarükü də mühüm rol oynayır. İstifadəyə verilən yeni anbar kompleksi qış aylarında bazara yerli istehsal məhsullarının çıxarılması baxımından əhəmiyyətlidir.
Ali Məclisin sədri demişdir ki, sahibkarlığın inkişafı yeni müəssisələrin yaradılması, həm də yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təmin olunmasına şərait yaratmış, işsizlik problemi aradan qaldırılmışdır. Bu gün ölkəmizdə fəal əhalinin 95 faizindən çoxu işlə təmin olunmuşdur.
Açılışı bildirən lent kəsildikdən sonra anbar kompleksinə baxış olmuşdur.
Görülən işləri yüksək qiymətləndirən Vasif Talıbov muxtar respublikada daxili bazarın qorunmasına, yeni istehsal müəssisələrinin yaradılmasına gələcəkdə də xüsusi əhəmiyyət veriləcəyini qeyd etmiş, sahibkarlara bundan sonra da lazımi dövlət dəstəyi göstəriləcəyini bildirmişdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında