Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin IV müşavirəsi işini davam etdirmişdir

Sentyabrın 22-də Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin IV müşavirəsi öz işini davam etdirmişdir. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, müşavirənin ikinci günü Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, sənaye və energetika naziri Natiq Əliyev, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev diplomatik xidmət orqanlarının rəhbərləri qarşısında çıxış etmişlər.
Tədbirdə Azərbaycanın xaricdəki diplomatik xidmət orqanlarının ölkəmizin ümumi siyasi kursunun həyata keçirilməsində və onun maraqlarının qorunmasında rolu vurğulanmışdır. Eləcə də Azərbaycan diplomatiyasının qarşısında duran əsas tapşırıq və çağırışlar ətrafında müzakirələr aparılmışdır.
Müşavirənin ikinci günündə, həmçinin ölkəmizin enerji siyasəti və davamlı iqtisadi inkişafının təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər və qazanılmış nailiyyətlərdən danışılmışdır. Vurğulanmışdır ki, durmadan genişlənən beynəlxalq əlaqələr Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına gətirib çıxartmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında