Xarici İşlər Nazirliyində Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüş olmuşdur

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri İsmayıl Alpər Coşqun ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, E.Məmmədyarov İsmayıl Alpər Coşqunu səfir təyin olunması münasibətilə təbrik etmiş, fəaliyyətində uğurlar arzulamışdır.
Nazir dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etmişdir. O, regional enerji layihələrinin reallaşdırılmasında hər iki ölkənin mühüm rol oynadığını və TANAP layihəsi ilə bağlı müqavilənin imzalanmasının Azərbaycan ilə Türkiyə arasında enerji sahəsindəki əməkdaşlığı daha yüksək müstəviyə çıxaracağını bildirmişdir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana sonuncu səfərinin yüksək əhəmiyyəti qeyd edilmişdir.
İsmayıl Alpər Coşqun Azərbaycanda səfir təyin olunmasından məmnun olduğunu və yüksək səviyyədə olan ikitərəfli münasibətləri daha da dərinləşdirmək istiqamətində fəaliyyət göstərəcəyini diqqətə çatdırmışdır. Ölkəmizin regionun çox mühüm strateji ölkəsi olduğunu diqqətə çatdıran yeni səfir qardaş Türkiyənin bütün məsələlərdə Azərbaycanın yanında olacağını bir daha təsdiqləmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında