Qafqazda və Yaxın Şərqdə ən qədim intensiv yaşayış yerinin Naxçıvanda olduğu təsdiqləndi

Naxçıvan Muxtar Respublikası Kəngərli rayonundakı Şahtaxtı qədim yaşayış yerinin eneolit dövrünə (mis-daş dövrü) aid olması və onun Qafqazda və Yaxın Şərqdə eneolit dövründən indiyədək intensiv yaşayışın qeydə alındığı yeganə abidə olduğu təsdiqlənib.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Şahtaxtı arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev şənbə günü "Trend"ə deyib ki, bu il ərzində aparılmış son qazıntılara qədər bunlar yalnız ehtimal hesab edilirdi. Ancaq son qazıntı zamanı ərazidə 60 sm-lik eneolit dövrü təbəqəsinin tədqiqi, məişətdə istifadə olunan keramika qalıqları, eyni tikinti qalıqlarının aşkarlanması ərazinin daha qədim olduğunu sübut edib.
Q.Ağayev deyib ki, indiyədək Şahtaxtı qədim yaşayış yerinin 3500-4000 illik tarixinin olduğu və eramızdan əvvəl II minilliyin sonu-I minilliyin əvvəllərinə aid olması deyilirdi. Son araşdırmalar isə sübut etdi ki, bu abidə eramızdan əvvəl VI-V minilliyə aiddir və onun 8 min illik tarixi var.
Ekspedisiya rəhbəri bildirib ki, qazıntılar zamanı ərazidə qrunt suyu çıxdığından təbəqəni daha çox tədqiq etmək mümkün olmayıb. Buna görə də müvafiq orqanlara Şahtaxtı qədim yaşayış yerinin şimal və şimal-şərq hissələrində drenajların qoyulması və bundan sonra tədqiqatların daha geniş şəkildə aparılması təklif edilib.
Azərbaycanlı iş adamlarına da müraciət edən Q.Ağayev deyib ki, olduqca qədim tarixi olan bu yaşayış yerini dünya ictimaiyyətinə açıq muzey kimi təqdim etmək lazımdır. Ona görə də iş adamlarının bu məsələyə yardım göstərməsi yaxşı olardı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında