Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı zamanın tələbləri səviyyəsinə qalxmışdır

Ulu öndər Heydər Əliyev ölkəmizin beynəlxalq aləmə inteqrasiyası barədə danışarkən Səudiyyə Ərəbistanı Krallığı ilə əməkdaşlığa böyük önəm verirdi. O, qeyd edirdi ki, Azərbaycan Respublikasını Səudiyyə Ərəbistanı ilə bir sıra amillər bağlayır. İslamın müqəddəs yerlərinin Səudiyyə Ərəbistanın ərazisində olması, hər il minlərlə azərbaycanlının bu yerləri ziyarət etməsi iki ölkə arasında münasibətlərin genişlənməsində mühüm rol oynayır. Bu proses Azərbaycan xalqının İslam dinini qəbul etdiyi orta əsrlərdən bu günə qədər davam edir və şübhəsiz ki, gələcəkdə də davam edəcəkdir. Ən azı bu tarixi faktdan çıxış etməklə Azərbaycan və İslam-Ərəb dünyasının ayrılmaz hissəsi olan Səudiyyə Ərəbistanı münasibətlərinin qədim tarixi köklərə malik olduğunu qeyd etmək olar. 
Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının dövlət müstəqilliyini 1991-ci il dekabrın 30-da -yəni müstəqilliyimizin elan olunmasından cəmi iki ay yarım sonra tanıyıb. Sonrakı ilin fevralında isə iki ölkə arasında diplomatik əlaqələr yaranıb. 1994-cü ilin aprel ayında Azərbaycanın Səudiyyə Ərəbistanında səfirliyi fəaliyyətə başlayıb.
1994-cü ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfəri ölkələrarası münasibətlərin yeni müstəviyə qalxmasını təmin etmişdi.. Heydər Əliyev azərbaycanlı qaçqınlara göstərilən humanitar yardımı, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsində Səudiyyə Ərəbistanının yaxından iştirakını və bu ölkənin Azərbaycanın bir sıra sahələrinə sərmayə qoymasını ikitərəfli əlaqələrin genişləndirilməsində mühüm addımlar kimi yüksək qiymətləndirirdi.
Səudiyyə Ərəbistanı Krallığı bütün beynəlxalq tribunalardan Azərbaycanın ərazi bütövlüyünün bərpası zərurətini ifadə edən bəyanatlarla çıxış edib.Eyni zamanda, qondarma Dağlıq Qarabağ respublikasında kecirilmiş bütün prezident seçkilərini pisləyib və Azərbaycanın ərazi bütövlüyünu bir daha dəstəkləyib. Bu ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə nail olunmayınca Ermənistanla heç bir diplomatik əməkdaşlıq qurmamaqla Azərbaycana olan dost münasibətini dəfələrlə nümayiş etdirib. Bu gün cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, orada Azərbaycan-Səudiyyə əməkdaşlığı yüksək səviyyədə inkişaf etməsin. Təhsil, elm,siyasət, mədəniyyət, sosial- iqtisadi sahə, qarşılıqlı iqtisadi əməkdaşlıq və ümumiyyətlə , ölkələr arasında mövcud olan bütün əməkdaşlıq və tərəfdaşlıq münasibətləri tərəflərin hər ikisinin maraqlarına cavab verəcək səviyyədədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ilin martında Ər- Riyada səfəri iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində xüsusi rol oynamışdı.
Səudiyyə Ərəbistanı Krallığının İnkişaf Fondu ilə Vəlvələçay-Taxtakörpü kanalının tikinti layihəsinin maliyyələşdirilməsinə dair 18 milyon dollarlıq kredit sazişi, Səudiyyə Ərəbistanı Krallığı hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş və başqa sənədlər ölkələrarası əməkdaşlığın səviyyəsindən xəbər verir. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının işgüzar dairələrinin nümayəndələri ilə görüşdə belə tədbirlərin ölkələr arasında iqtisadi əlaqələrin daha da genişlənməsi, yeni əməkdaşlığın yaradılması üçün faydalı olduğunu bildirmişdir.
Ölkəmiz qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyi zaman Səudiyyə Ərəbistanının köməyini yaxından hiss edib. 1994-1999-cü illər ərzində azərbaycanlı qacqın və köçkünlərə Kral Fəhdin yardım proqramı çərçivəsində dəfələrlə ərzaq, dərman və sairdən ibarət humanitar yardımlar gostərilib. 1993-cü ildən Azərbaycanda Səudiyyənin NİCAT təskilatı fəaliyyət gostərir. NİCAT Bərdə rayonunda ümumi sayı 8.300 nəfərlik iki çadır səhərciyi və Sumqayıt şəhərində 2.700 nəfərlik bir düşərgəni tam təmin etməklə tibbi yardımını da həyata keçirib. 20 sentyabr 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" imzalanan zaman Səudiyyə Ərəbistanı Krallığı da bu müqavilədə təmsil olunub. Hazırda "Əsrin müqaviləsi"ndə "Delta-Hess" şirkəti 2,72 faiz (Səudiyyə Ərəbistanının şirkəti) paya mallikdir.
Hələ Sovet İttifaqının tərkibində olarkən Azərbaycanda ərəb dili, tarixi və mədəniyyətinin araşdırılmasına xüsusi maraq olub. Bu sahə üzrə Azərbaycanda dünya səviyyəli alimlər yetişib. Müstəqillik əldə etdikdən sonra isə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında mədəni əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. 10-17 noyabr 2007-ci ildə Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad, Ciddə və Dəmmam şəhərlərində Azərbaycanın mədəniyyət günləri keçirilib. Mədəniyyət günlərində Azərbaycanın elm və incəsənət xadimlərindən ibarət böyük nümayəndə heyəti istirak edib.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Əli Həsən Əhməd Cəfər iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. Həmin ilin iyun ayında isə Azərbaycanda Səudiyyə Ərəbistanı Mədəniyyət Günləri keçirilib. Mədəniyyət günlərində yüz nəfərdən artıq Səudiyyə nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə həmin ölkənin mədəniyyət və informasiya naziri İyad bin Əmin Əl-Mədəni rəhbərlik edirdi.
İki il öncə Səudiyyə Ərəbistanı Krallığı Xarici İşlər Nazirliyinin Diplomatik Araşdırmalar İnstitutunda "Heydər Əliyev və Azərbaycanda milli siyasət" kitabının ərəb dilində ikinci nəşrinin təqdimat mərasimi keçirilib.
Bir sözlə, Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı bu gün zamanın tələblərinə cavab verəcək səviyyədədir. Bu əməkdaşlıq hər iki ölkənin və hər iki xalqın mənafelərinə tam şəkildə cavab verir. Dost ölkənin milli bayramını qeyd edən əhalisinə ünvanlanan çoxmilyonlu təbriklərə biz də qoşuluruq.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında