Bolqarıstan Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıqda maraqlıdır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Maya Hristova ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir E.Məmmədyarov Maya Hristovanı ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik etmiş, fəaliyyətində ona uğurlar arzulamışdır. Nazir yeni səfirin fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminliyini vurğulamışdır.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə edilmiş və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilmişdir.
M.Hristova Azərbaycanda səfir təyin edilməsindən məmnun olduğunu diqqətə çatdırmış, ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, xüsusilə də enerji sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında