Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsert

Dekabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mstislav Rostropoviç adına III Beynəlxalq musiqi festivalı çərçivəsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Heydər Əliyevə ithaf" adlı xüsusi konsert təşkil edilmişdir.

{nl}

Konsert Böyük Britaniya Kamera Orkestrinin ifasında R.Vaqnerin "Ziqfridin idiliyası" əsərinin səslənməsi ilə başlamışdır.

{nl}

Gecədə dünyanın dahi bəstəkarlarından V.Mosartın və L.Bethovenin əsərləri səslənmişdir.

{nl}

Orkestrin bədii rəhbəri və dirijoru Pol Uotkins, solisti isə Filipp Kopaçevski (fortepiano) olmuşdur.

{nl}

Həmin gün filarmoniyaya gələnlərin hər biri ulu öndərimizi dərin minnətdarlıq və sevgi hissləri ilə yad edir, Azərbaycanın, xalqımızın öz müstəqilliyinə görə daim borclu olduğu bu dahi insan haqqında düşünürdü.
Salona toplaşanlar musiqiçilərin ifasını ürəkdən alqışlamış, ulu öndərə hörmət və ehtiramlarına görə onlara təşəkkürünü bildirmişlər.

{nl}

Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, dövlət və hökumət nümayəndələri konsertdə olmuşlar.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında