Ana südü depressiyadan qoruyur

Almaniyanın elmi-tədqiqat institutlarından birində geniş kütlənin marağına səbəb olan eksperiment aparmışlar. Onlar insanın psixi sağlamlığına uşaqlıqda qəbul etdiyi qidaların birbaşa təsirini öyrənmişlər.
Alimlər ana südünün insanın gələcək inkişafındakı bir çox xəstəliklərdən qoruduğunu dəfələrlə sübut etmişlər. Bu dəfə onlar körpəlikdə təbii yolla - daha doğrusu, ana südü ilə qidalanan və süni qida qəbul edən uşaqların sonrakı fərqli psixi sağlamlıqları ilə bağlı tədqiqat aparmışlar. Nəticədə maraqlı fakt ortaya çıxaran mütəxəssislər yekdil qənaətə gəlmişlər: ana südü ilə böyüyən körpələr inkişaf prosesində və yaşa dolduqda depressiyaya çox az düşür və psixi cəhətdən sağlam olurlar. Onlar təcrübəyə cəlb etdikləri 44 yaşlarında depressiyadan müalicə alan 52 nəfərin körpəlikdə süni, 106 nəfər sağlam adamın isə təbii yolla qidalandığını da qanunauyğunluq kimi qiymətləndirmişlər. Tədqiqatçılar aparılan təcrübələrə əsasən psixi cəhətdən sağlam olanların 73 faizinin məhz təbii yolla, depressiyaya düşənlərin isə 46 faizinin qeyri-təbii yolla qidalandıqlarını öyrənmişlər.
Alimlər həmçinin aydınlaşdırmışlar ki, uşaq hər hansı qabdan süd içən zamandakından çox ana südü əməndə özünü rahat, sərbəst, daha komfortlu və mühafizədə hiss edir. Belə özünəinam və qorunmada olmaq halı uşağın psixi sağlamlığına təsir edir və onu möhkəmləndirir. Alimlər sübut etmişlər ki, məhz belə halda uşaq böyüdükcə onda özünəinam hissi artır, qorunduğunu dərk edir. Alman tədqiqatçılarının qənaəti belədir ki, uşaq təbii yolla qidalananda ana ilə südəmər körpə arasında çox vacib və əsas bağlılıq yaradan oksitotsin hormonu yaranır ki, bu da uşağın gələcəkdə depressiyaya az düşməsinə və psixi cəhətdən sağlam olmasına təminat verir.
Sübut olunmuşdur ki, uşaqlar nə qədər sakit şəraitdə böyüsələr, hiss-həyəcan yaradan hallardan uzaq olsalar, ailə problemlərindən kənarda qalsalar, psixikaya təsir edən filmlərdən və kompyuter oyunlarından təcrid olunsalar, onların gələcək həyatları daha mənalı, dözümlü olur və depressiyaya az düşür, psixi cəhətdən sağlam olurlar.
Alman mütəxəssisləri belə düşünürlər ki, nəyin bahasına olursa- olsun, çalışmaq lazımdır ki, uşaq ana südü ilə qidalansın. Uşaq qidaları istehsalı ilə məşğul olan firmalar süni qidaların tərkibini nə qədər ana südünə yaxın etməyə çalışsalar da, birmənalı şəkildə sübut olunmuşdur ki, körpənin sağlam böyüməsi üçün əsl qida ana südüdür, çünki onun tam şəkildə əvəzləyicisi yoxdur.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında