Səbail rayonunda daha bir "Abad həyət"

Qısa müddət ərzində qəsəbədə 2 orta məktəb və 2 uşaq bağçası, mədəniyyət evi əsaslı təmir olunmuşdur. Sakinlərin müraciətləri nəzərə alınaraq 2 böyük zalı olan xeyir-şər yeri tikilmiş, bir neçə yerdə istirahət bağları salınmışdır. Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış "Abad həyət" layihəsi çərçivəsində 14 həyət əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir. Dövlət proqramına uyğun olaraq qəsəbədə su və kanalizasiya xətləri yenidən qurulur, yeni yaşayış sahələrinə elektrik və qaz xətləri çəkilir, qəsəbədaxili yollar təmir olunaraq asfaltlanır.
Bu il Badamdar qəsəbəsində Heydər Əliyev parkı əsaslı təmir olunaraq, burada ümummilli liderin büstü ucaldılmışdır. Hazırda park qəsəbə sakinlərinin sevimli istirahət yerinə çevrilmişdir. Sentyabr ayının 4-də isə Prezident İlham Əliyevin ötən ilin aprelində qəsəbə sakinləri ilə görüşündən dərhal sonra imzaladığı sərəncama əsasən tikilmiş 880 şagird yerlik yeni məktəb və 120 yerlik uşaq bağçasının dövlət başçısının iştirakı ilə açılışı olmuşdur.
Badamdar qəsəbəsində Neftçilər döngəsi - 7 ünvanda növbəti "Abad həyət" bu günlərdə sakinlərin istifadəsinə verilmişdir. Qəsəbənin mərkəz hissəsində neftçilərin yaşadığı həyətdə binaların fasadı təmir olunaraq hər birinə 2000 kvadratmetrdən çox üzlük çəkilmiş, rənglənmişdir. Binanın dəhlizində plastik pəncərələr və dəmir qapılar quraşdırılmışdır. Həyətdəki digər binaların da giriş hissəsi, pilləkənlər, eyvanlar təmir olunaraq ilkin vəziyyətə gətirilmişdir. Mənzillərə plastik pəncərələr qoyulmuşdur.
Səkilərə aqlay vurulmuş, yeni bordyur düzülmüşdür. Həyətdə təmizlik işləri aparılmış, işıqlandırma məsələləri həll olunmuşdur, Əraziyə 3750 kvadratmetr asfatl örtüyü çəkilmişdir. Sakinlərin istirahəti üçün 1 söhbətgah quraşdırılmış, yeni oturacaqlar qoyulmuşdur. Uşaqlar da yaddan çıxarılmamış, onların oynaması üçün bir neçə əyləncə qurğuları quraşdırılmışır.
Ağaclar budanmış, yeni yaşıllıqlar salınmışdır. Məişət tullantılarından təmizlənmiş əraziyə bitki örtüklu torpaq qatı salınmışdır. İstinad divarı suvanaraq rənglənmiş, dekorativ dəmir məhəccər quraşdırılmışdır. Zibil meydançası təmir olunaraq bura yeni konteynerlər qoyulmuşdur.
Bu, "Abad həyət" layihəsi üzrə Badamdar qəsəbəsində 15-ci təmirli həyət olmuşdur. Sakinlər görülən işlərin keyfiyyətindən razı qalmış, yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

{nl}

R. TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında