BTC kəməri ilə bu il 22,7 milyon ton Türkmənistan nefti nəql olunub

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 29,8 milyon ton və ya ötən ilin analoji ayı ilə müqayisədə 6,3 faiz az neft nəql edilib.
Dövlət Statistika Komitəsindən "APA-ECONOMICS"ə verilən məlumata görə, nəqletmənin 76,4 faizini ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 22,7 milyon ton neft ötürülüb ki, 2011-ci ilin yanvar-avqust ayları ilə müqayisədə bu göstərici 6,6 faiz azalıb. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 2,1 mln. ton tranzit Türkmənistan nefti nəql edilib. Bu isə ötən ilin ilk 8 ayı ilə müqayisədə 50 faiz çoxdur.
Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 12,7 milyard kubmetr qaz nəql edilib ki, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə bu göstərici 2,4 faiz artıb. Nəql edilmiş qazın 1/4 hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə cari ilin ötən aylarında 2,6 milyard kubmetr qaz nəql edilib, bu göstərici 2011-ci ilin yanvar-avqust aylarına nisbətən 13,3 faiz azalıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında