"Neftçi" Avroliqada elə ilk oyunda xallarının hesabını açdı

Azərbaycan çempionu Bakının "Neftçi" komandası UEFA Avropa Liqası yarışlarının qrup mərhələsində çıxışlarına uğurla başlamışdır. Futbolçularımız ilk görüşü səfərdə keçirmələrinə baxmayaraq, Belqradda yerli "Partizan"a layiqli müqavimət göstərmiş və qarşılıqlı hücumlar şəraitində davam edən oyundan heç-heçə (0:0) ilə ayrılaraq Liqanın elə startındaca xallarının hesabını açmışlar.
Öz tarixində belə mötəbər yarışda ilk dəfə çıxış edən və Serbiya paytaxtından evə yaxşı əhval-ruhiyyə ilə qayıdan "Neftçi", şübhəsiz, qaraşıdakı oyunlarda bu müvəffəqiyyəti bir qədər də inkişaf etdirməyə çalışacaqdır. Böyükağa Hacıyevin yetirmələrinin növbəti rəqibi isə daha məşhur komanda İtaliyanın "İnter" klubu olacaq. Bu oyun oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəkdir.
Birinci turda "H" qrupunun digər görüşündə də heç-heçə qeydə alınmışdır. "İnter" - "Rubin" (Rusiya) matçında hər qapıya iki top vurulmuşdur - 2:2. Start görüşlərindən sonra bütün dörd komandanın hərəyə 1 xalı vardır. İkinci turda "Rubin" Kazanda "Partizan"ı qəbul edəcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında