Professor Nərgiz Paşayeva: "YARAT!" Müasir İncəsənət Məkanı fəaliyyət göstərdiyi müddətdə bir çox mühüm layihələrə imza atmışdır

"YARAT!" Müasir İncəsənət Məkanı fəaliyyət göstərdiyi müddətdə bir çox mühüm layihələrə imza atmışdır. Təşkilat Azərbaycan məkanında, o cümlədən paytaxtımızda müasir incəsənət haqqında lazımi dərəcədə təsəvvür yarada bilmişdir.
Bu sözləri jurnalistlərə müsahibəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, tanınmış filoloq alim, professor Nərgiz Paşayeva demişdir.
N.Paşayeva vurğulamışdır ki, müasir incəsənət artıq Avropa ölkələrində özünə geniş yer tutmuşdur. Həmçinin, MDB məkanında son 15 ildə müasir incəsənət əsərlərinin geniş əks etdirilməsinə başlanılmışdır. Azərbaycanda da bu sənətin təqdimatı ilə məşğul olanlar üçün geniş imkanlar yaradılmışdır.
Professor demişdir ki, bu baxımdan "YARAT!" qeyri-kommersiya təşkilatı yaradıcı gənclərin bir araya gətirilməsi və onların yaratdıqları sənət əsərlərinin ölkədə və dünyada təbliği istiqamətində mühüm işlər görməkdədir. Təşkilata rəhbərlik edən Aida Mahmudova rəssamlıq üzrə mükəmməl təhsil aldığına görə bu sahədə heç də təsadüfi adam deyildir. Belə bir sahənin professionalların əlində olması yaxşı haldır. İşini sevən bir rəssam kimi Aida Mahmudovanın rəhbərliyi altında qurumun bir-birindən maraqlı layihələri son illər təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da maraqla qarşılanmaqdadır. Bu da hər birimiz üçün sevindiricidir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında