Dövlət sosial sığorta sistemində fərdi uçot nə məqsədlə aparılır

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında keçirilən növbəti interaktiv sorğu zamanı respondentlərə "Dövlət sosial sığorta sistemində fərdi uçotun hansı məqsədlə aparıldığını bilirsinizmi" sualı ünvanlanıb.
Sorğunun yekun nəticələrinə əsasən, respondentlərin 40,7 faizi verilən suala cavab olaraq dövlət sosial sığorta sistemində fərdi uçotun hansı məqsədlə aparıldığından tam məlumatlı olduqlarını bildiriblər. Sorğuya qatılanların 33,7 faizi fərdi uçotun hansı məqsədlə aparıldığından qismən məlumatlı olduqlarını qeyd ediblər. Respondentlərin 25,6 faizi isə "Dövlət sosial sığorta sistemində fərdi uçotun hansı məqsədlə aparıldığını bilirsinizmi" sualına "bu barədə məlumatım yoxdur" cavabını veriblər.DSMF-in ictimaiyyətlə əlaqələr sektorundan redaksiyaya daxil olan məlumatda bu barədə belə deyilir.
Məlumatda daha sonra qeyd edilir ki, əhalini bununla bağlı maarifləndirmək məqsədilə bildirmək yerinə düşər ki, fərdi uçot sisteminin tətbiqində əsas məqsəd ödənilən məcburi dövlət sosial sığorta haqqı ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin təmin edilməsidir. Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il yanvar ayının 1-dən qüvvəyə minən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, pensiyalar fərdi uçot sisteminin məlumatları əsasında təyin olunur. Fərdi uçot sistemi tətbiq olunduqdan sonra təyin edilən pensiyanın miqdarının sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu nəzərə alsaq, hər bir vətəndaş aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır.
Məlumdur ki, əmək pensiyalarının təkmilləşdirilməsi ilə bağlı bir sıra islahatlar aparılmışdır. Son dövrlər həyata keçirilən və beynəlxalq etimad qazanan islahatlar nəticəsində dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədi ilə mühüm vəzifələr yerinə yetirilmişdir. Bu sahədə normativ hüquqi bazanın yaradılması, zəruri infrastrukturun qurulması, qeydiyyatdakı bütün sığortaolunanlara fərdi şəxsi hesab açılaraq sığorta şəhadətnamələrinin paylanması təmin edilimişdir. Dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda qarşıya qoyulan mühüm vəzifələrdən biridir.
Proqrama uyğun olaraq perspektivdə sığortaolunanlara dair müvafiq məlumatların fərdi şəxsi hesablarda əks etdirilməsi, bu məlumatların sığortaolunanlara çatdırılması nəzərdə tutulur. Təqdirəlayiq haldır ki, görülən işlərin məqsədyönlü aparılması bu sahədə uğurlu nəticələrin əldə edilməsinə zəmin yaratmışdır.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında