Zaqatalada ilk zəng mərasimləri

Rayonda istifadəyə verilmiş 750 şagird yerlik şəhər 2 nömrəli və 500 şagird yerlik Gözbarax kənd tam orta məktəblərində yeni dərs ilinin başlanması münasibətilə ilk zəng mərasimləri keçirilmişdir.
Tədbirlərdə rayon rəhbərliyi, məktəb kollektivləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Zaqatala şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən təntənəli mərasimdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov çıxış edərək ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından danışmış, məktəb kollektivlərinə yeni dərs ilində yüksək nailiyyətlər arzulamışlar. Gənc nəslin biliklərə yiyələnməsində, onların Vətənə, xalqa məhəbbət ruhunda tərbiyə olunmasında müəllimlərin üzərinə çox böyük və məsuliyyətli vəzifənin düşdüyü xüsusi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, mayın 7-də baş vermiş dağıdıcı zəlzələ zamanı şəhərin mərkəzində yerləşən bu məktəbin binası da tam yararsız vəziyyətə düşmüşdü. Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyasının rəyinə əsasən, məktəbin binası sökülmüş və Azərbaycan Prezidentinin tapşırığına əsasən çox qısa bir müddətdə təhsil ocağı üçün yüksək standartlara uyğun yeni bina tikilmişdir.
Tədbirdə məktəbin müəllim və şagirdləri çıxış edərək Prezident İlham Əliyevin bilavasitə diqqəti və qayğısı ilə ərsəyə gələn, açılışında dövlətimizin başçısının şəxsən iştirak etdiyi belə bir gözəl məktəbdə işləməyin və təhsil almağın onlar üçün böyük şərəf olduğunu xüsusi vurğulamış, göstərilən etimadı əməli işləri ilə, yüksək bilik və bacarıqları ilə doğruldacaqlarına söz vermişlər.
Sonra yeni dərs ilinin başlandığını bildirən ilk zəng çalınmışdır. Mərasim iştirakçıları məktəb binasında yaradılan şəraitlə tanış olmuşlar. Daha sonra qonaqlar zəlzələ bölgəsində yerləşən Gözbarax kənd tam orta məktəbində keçirilən ilk zəng mərasimində iştirak etmişlər. Bu təhsil ocağı da Prezident İlham Əliyevin tapşırığı ilə cəmi bir neçə ay ərzində, yüksək keyfiyyətlə tikilib istifadəyə verilmişdir. Tədbirdə çıxış edən müəllimlər məktəbin tikintisinə göstərdiyi diqqət və qayğıya görə kollektiv adından dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirmiş, bu qayğıya əməli işləri ilə cavab verəcəklərini bildirmişlər.
Sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olmuş, informatika kabinetində şagirdlərin kompyuterlərlə işləmək bacarıqlarını izləmişlər. Dövlətimizin başçısı adından hər iki məktəb daxil olmaqla, rayonda yeni istifadəyə verilmiş 5 məktəbə ümumilikdə 50 ədəd kompyuter dəsti hədiyyə edilmişdir.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında