Colan yüksəkliyində hərbi təlimlər keçirilib

Kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, İsrail ordusu son illərin ən genişmiqyaslı quru hərbi təlimlərini həyata keçirib. Bildirilir ki, təlimlərdə on minlərlə əsgər iştirak edib.
Ən son məlumata görə, Colan yüksəkliyində keçirilən hərbi təlimlərdə İsrail silahlı qüvvələrinin bir sıra bölmələrinin müdafiə qabiliyyəti və döyüşə hazırlıq səviyyəsi sınaqdan çıxarılıb. İsrail ordusunun general-polkovniki Benni Qants ölkənin şimal və mərkəzində keçirilən təlimləri "gündəlik yoxlamanın bir hissəsi" adlandırıb və ölkənin təhlükəsizlik səviyyəsində heç bir dəyişikliyə işarə etmədiyini bildirib.
Qeyd edək ki, quru təlimlərində on minlərlə əsgər, o cümlədən artilleriya və hərbi-hava qüvvələri iştirak edib. Təlimin tərkib hissəsi olaraq, əsgərlər ölkənin mərkəzi hissəsindən təyyarə ilə Colan yüksəkliyinə aparılıb. Xatırladaq ki, Colan yüksəkliyi 1967-ci il Yaxın Şərq müharibəsində Suriyadan alınaraq, İsrailin nəzarəti altına keçib.

{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında