Bakıda palçıq vulkanı püskürüb

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib.
Məlumata görə, Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində palçıq vulkanı püskürüb və yanğın baş verib. Hadisə yerinə xeyli sayda yanğınsöndürmə briqadası göndərilib.
Dünən günortaya yaxın alov səngiyərək sönmüşdür.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşı Arif Hüseynov APA-ya bildirib ki, Lökbatan palçıq vulkanı Azərbaycanda ən tez-tez püskürən palçıq vulkanıdır. Ümumiyyətlə, bu vulkan dünyada ən çox püskürən palçıq vulkanlarından biridir. Sonuncu dəfə vulkan 2010-cu ildə püskürüb. Bu, vulkanın 24-cü püskürməsidir.
A.Hüseynov qeyd edib ki, Lökbatan palçıq vulkanının ətrafında yaşayış evləri olmasa da, neft buruqları var.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında