Neftçilərə yeni mənzillər verilmişdir

Sentyabrın 20-də Neftçilər Günü münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) mənzil növbəsində duran neftçilər üçün Badamdar qəsəbəsində tikilmiş yeni yaşayış binası istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev neftçiləri peşə bayramları münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Prezident İlham Əliyevin iqtisadiyyatın neft sektoruna və neftçilərə göstərdiyi diqqət və qayğıdan danışan R.Abdullayev Azərbaycanın inkişafı naminə şirkətin əməkdaşlarının daim ölkə başçısının siyasi kursunu dəstəkləyəcəklərinə əminliyini vurğulamışdır.
Qeyd olunmuşdur ki, istifadəyə verilən bina neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ARDNŞ-in həyata keçirdiyi sosial proqramın tərkib hissəsidir.
Sonra yeni mənzillərə baxış olmuşdur.
On iki mərtəbəli binada 60 üçotaqlı və 36 ikiotaqlı (ümumilikdə 96) mənzil vardır. Mənzillər sahiblərinə tam təmirli və mətbəx avadanlığı quraşdırılmaqla təhvil verilmişdir.
Neftçilər onlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında