ATU-da "Rabitə şəbəkələrinin müasir inkişaf istiqamətləri: nəzəriyyə və təcrübə" mövzusunda seminar keçirilir

Sentyabrın 20-də Azərbaycan Texniki Universitetində (ATU) "Rabitə şəbəkələrinin müasir inkişaf istiqamətləri: nəzəriyyə və təcrübə" mövzusunda beynəlxalq seminar öz işinə başlamışdır. 
Azərbaycan Texniki Universiteti mətbuat xidmətinin rəhbəri Sabir Yusifov bildirmişdir ki, ATU, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən keçirilən seminarda ölkəmizin, eləcə də Müstəqil Dövlətlər Birliyinin müvafiq qurumlarının nümayəndələri iştirak edirlər.
ATU-nun elm və texnika üzrə prorektoru, professor Elşad İsmibəyli beynəlxalq seminarın əhəmiyyətindən danışmışdır.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev respublikamızda informasiya və kommunikasiya texnologiyalarının inkişafı sahəsində əldə edilən nailiyyətlərdən, qarşıda duran vəzifələrdən, peyk vasitəsilə rabitənin təşkil edilməsinin perspektivlərindən söz açmışlar.
Sonra Elektrik Rabitəsi Beynəlxalq İttifaqının MDB ölkələri üzrə bölməsinin rəhbəri Orozbek Kayıkov təmsil etdiyi təşkilatın fəaliyyəti, Azərbaycan ilə əməkdaşlığı, rabitə və informasiya texnologiyalarının inkişafı məsələləri, habelə kibercinayətlərlə mübarizənin gücləndirilməsi məqsədilə görülən işlər barədə məlumat vermişlər.
Sentyabrın 22-də başa çatacaq seminarın bölmə iclaslarında mövzu üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında