Üzeyir Hacıbəyli IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Signum" saksofon kvartetinin konserti olmuşdur

Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Almaniyanın "Signum" saksofon kvartetinin konserti olmuşdur. 
AzərTAc xəbər verir ki, musiqi axşamında dünyanın məşhur bəstəkarlarından Aleksandr Qlazunovun "Kvartet B-dur op.109", Samuel Barberin "Simlilər üçün Adagio op.11" (işləyəni Johan van den Linden), Bela Bartokun "Rumın xalq rəqsləri" (işləyəni Signum Saxophonguartett), Fabien Levin "DURCH" əsərləri səsləndirilmişdir.
2006-cı ildə yaranmış kvartet qruppasının artistləri Blaj Kemperle (soprano-saksofon), Erik Nestler (alt saksofon), Alan Lujar (tenor-saksofon), Devid Branddır (bariton-saksofon).
Kvartetin repertuarına Volfqanq Amadey Motsart, Klod Debüssi və Dmitri Şostakoviçin simli kvartetlərinin işlənmələri ilə yanaşı, müasir orijinal əsərlər də daxildir. Hər il Mariano Qalussio, Timo Ruttkamp, Ven Lyu və Mark Ştaynxauzer kimi tanınmış bəstəkarlar ansambl üçün iki yeni əsər bəstələyirlər.
"Signum" saksofon kvarteti 2010-cu ilin iyulunda məşhur "Mecklenburg-Vorpommern" festivalında və bu il Azərbaycanda keçirilmiş "Musiqi Olimpi" festivalında da iştirak etmişdir. Kvartet, eyni zamanda, 2010-cu ildə Veronada (İtaliya) 14-cü beynəlxalq musiqi müsabiqəsində (TİM) "kamera musiqisi" nominasiyasında 1-ci mükafat qazanmış, "Werner Richard - Dr.Carl Dörken Stiftung" fondunun təqaüdünə layiq görülmüşdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında