Yeni Azərbaycan Partiyasında Koreya Respublikasının ölkəmizdəki səfiri ilə görüş olmuşdur

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov partiyanın mərkəzi qərargahında Koreya Resrublikasının Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Ço Şu ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə Azərbaycan ilə Koreya Respublikası arasında iqtisadi və siyasi əlaqələrin mövcud durumu və inkişaf perspektivləri barəsində söhbət aparılmış, tərəflər hər iki ölkənin qarşılıqlı əlaqələrdən fayda gördüyünü qeyd etmişlər.
Yeni səfir görüşdə qeyd etmişdir ki, iki ölkə arasındakı mövcud münasibətləri daha da inkişaf etdirmək və qarşılıqlı əməkdaşlığı intensivləşdirmək üçün əlindən gələni əsirgəməyəcəkdir.
Daha sonra tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparmışlar.
Görüşdə YAP-ın İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında