Qax rayonu ərazisində Aşöl mədəniyyəti dövrünə aid yeni arxeoloji materiallar tapılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun paleolit dövrü arxeoloji dəstəsi Qax rayonunun Ləkit-Kötüklü kəndi yaxınlığındakı yerli əhalinin "Skolatlar" və "Xorqaya" adlandırdıqları ərazidə ibtidai insanların yaşayış məskənləri ilə bağlı axtarış-kəşfiyyat işlərini davam etdirir. 
AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tarix üzrə fəlsəfə doktoru Mənsur Mənsurovun rəhbərlik etdiyi arxeoloji dəstə bir müddət əvvəl həmin ərazidə kəşfiyyat işləri zamanı dəniz səviyyəsindən 2500 metr yüksəklikdə dolomit qaya zolaqlarından ibarət qaya yarıqlarının arasında ibtidai insanların yaşaya biləcəyi ehtimal olunan maraqlı mağara və zağalar qeydə alıb. Aparılan növbəti arxeoloji kəşfiyyat işləri zamanı isə Şəlalə bulağının cənubunda yerləşən Xorqaya mağarasında qazılmış uzunluğu 2, eni 1,5 metr olan arxeoloji kəşfiyyat xəndəyinin beşinci təbəqəsindən, 2 metr dərinlikdən Aşöl mədəniyyəti dövrünə aid itiuclu daş əmək alətləri, əl çapacaqları, sümük qalıqları, habelə altına kəsmə qaya daşı döşənmiş ocaq yeri aşkarlanıb. Ocaq yerinin qalıqları ibtidai insanların oddan istifadə etdiklərini göstərir.
M. Mənsurovun sözlərinə görə, hələ qədim zamanlardan zəngin fauna və florası ilə seçilən Qax ərazisində Skolat və Xorqaya mağaralarının mövcudluğu Azərbaycanın bu bölgəsinin ilk insanların formalaşdığı ərazilərdən olduğunu sübut edir. Xorqaya tapıntıları gələcəkdə bu ərazidə və ona yaxın Skolat mağaralarında genişmiqyaslı arxeoloji qazıntı işlərinin aparılmasına böyük ehtiyac olduğunu göstərir və burada daha qədim arxeoloji mədəniyyətin izlərinin aşkarlanacağına ümidlər verir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında