Son illərdə Azərbaycanın Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları ilə ABŞ-ın ölkəmizdəki səfirliyi arasında əməkdaşlıq daha da möhkəmlənmişdir

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 19-da ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Riçard Morninqstar ilə görüşmüşdür.  
Nazir səfiri yeni təyinat münasibətilə təbrik etmiş və əmin olduğunu bildirmişdir ki, bu, Azərbaycan ilə ABŞ arasında qarşılıqlı əlaqələrin daha da inkişafına təkan verəcəkdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, daha sonra Ramil Usubov nazirliyin strukturu, funksiyaları və fəaliyyət istiqamətləri barədə danışmışdır.
Müstəqilliyin ilk illərində cərəyan edən gərgin ictimai-siyasi hadisələr, Ermənistanın təcavüzü, kriminogen durumun nəzarətdən çıxması, vətəndaş müharibəsi təhlükəsi, xalqın tələbi ilə müdrik dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıdışı və bundan sonra cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə sahəsində həyata keçirilən islahatlar barədə qonağa ətraflı məlumat verilmişdir. Polisin fəaliyyətinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, xarici ekspertlərin yaxından iştirakı ilə yeni normativ-hüquqi bazanın yaradılması və digər sahələrdə görülən işləri diqqətə çatdıran nazir Daxili İşlər Nazirliyi və onun müvafiq qurumları ilə ABŞ səfirliyi arasında əməkdaşlığın son illərdə daha da möhkəmlənməsindən razılığını ifadə etmişdir.
Səfir Riçard Morninqstar ətraflı məlumata görə minnətdarlığını bildirmiş, Bakıda ilk dəfə 1995-ci ildə olduğunu xatırladaraq, ötən müddətdə Azərbaycanın inanılmaz dərəcədə inkişaf etdiyini və dəyişdiyini, fəaliyyəti dövründə ölkələrimiz, həmçinin ABŞ səfirliyi ilə Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün hər cür səylər göstərəcəyini demişdir.
Səmimi və işgüzar şəraitdə keçən görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında