Dünya Bankının ekspertləri ilə birlikdə daşınmaz əmlakın qeydiyyatı layihəsi müzakirə edilmişdir

Bakıda Azərbaycan hökuməti ilə Dünya Bankının həyata keçirdiyi "Azərbaycanda Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi" çərçivəsində ötən müddətdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir. 
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) məsul işçiləri, Dünya Bankının Bakıya gəlmiş missiyasının nümayəndələri, Azərbaycanda fəaliyyətdə olan ABŞ-ın USAİD təşkilatının, Almaniyanın KfW Bankının, İsveçrənin İqtisadi katibliyinin (SECO), eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı layihəsi çərçivəsində komitə ilə əməkdaşlıq edən partnyor təşkilatların (Blom, LEİCA, SK CC, Kutlubey, Daşkad və s.) nümayəndələri tədbirdə iştirak etmişlər.
ƏMDK-nın sədr müavini Rafiq Cəlilov ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bu layihənin əhəmiyyəti, məqsəd və hədəfləri, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, bu sahədə elektron xidmətlərin göstərilməsi, dövlət əmlakının səmərəli və şəffaf mexanizmlərlə idarə edilməsi sahəsində görülmüş işlər barədə danışmışdır.
Dünya Bankının baş ofisinin layihə üzrə məsul şəxsi Gevin Adlinqton layihənin fəaliyyətdə olduğu dövrdə əldə edilmiş irəliləyişlər, əmlak qeydiyyatı sisteminin inkişafı, vətəndaşlara və biznes qurumlarına göstərilən xidmət səviyyəsinin artırılması barədə öz fikirlərini bildirmişdir. Qeyd etmişdir ki, Dünya Bankı bu layihənin səmərəli həyata keçirilməsinə xüsusi önəm verir və əhaliyə, mülkiyyətçilərə əmlak qeydiyyatı ilə bağlı göstərilən xidmətlərin müasirləşdirilməsi, ƏMDK-nın potensialının artırılması məsələlərinə xüsusi diqqət yetirir və tədbirləri nəzarətdə saxlayır. Lakin qeydiyyat sisteminin müasir standartlar əsasında davamlı inkişafı, həmçinin əhaliyə elektron xidmətlərin göstərilməsi - mükəmməl İT sisteminin, ölkənin bütün ərazisini əhatə edən elektron kadastr məlumatlarının və daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin qısa müddətdə hazırlanmasını şərtləndirir. Bu sahədə Azərbaycan hökumətinin və məsul qurum kimi Əmlak Məsələləri Dövlət Komitəsinin səyləri gücləndirilə bilər. Müzakirələr çərçivəsində bildirilmişdir ki, ardıcıl görülmüş tədbirlər nəticəsində daşınmaz əmlakın qeydiyyatı əvvəlki illərlə müqayisədə 1,5 dəfə artmışdır. Belə ki, yalnız ötən il ölkədə 147 mindən artıq əmlak qeydiyyata alınmışdır.
Qeydiyyata sərf olunan vaxt azalmış, dövlət reyestrindən məlumatların əldə edilməsi və etibarlılığı əsaslı şəkildə inkişaf etmişdir. Layihə çərçivəsində daşınmaz əmlakın koordinatlarının dəqiq göstərilməsi üçün ölkədə daimi fəaliyyət göstərən 37 istinad stansiyası qurulmaqdadır ki, bu ilin sonuna kimi onlar da tam istifadəyə veriləcək. Eyni zamanda, Azərbaycanın 86,6 min kvadratmetr ərazisinin 40 min kvadratmetr kadastr xəritəsi hazırlanmalıdır. Artıq bu sahədə işlər aparılır. Sumqayıtda kadastr xəritələrinin hazırlanması prosesi başa çatmış, Bakı, Gəncə və Şəkidə isə işlər davam etdirilir. Layihə çərçivəsində ölkə ərazisinin ortofotoxəritələri də hazırlanmışdır. Azərbaycanın təyyarədən işğal olunmuş ərazilər istisna olaqla bütün əraziləri, peyk vasitəsilə isə bütün ölkə ərazisinin şəkilləri çəkilib və hazırda ortofotoxəritələr istifadə olunur.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında