İstanbulda azərbaycanlı rəssamın sərgisi açılmışdır

Azərbaycanın İstanbuldakı baş konsulluğu və Türkiyə Böyük Millət Məclisinin Milli Saraylar Müdirliyinin təşkilatçılığı ilə Dolmabaxça İncəsənət Qalereyasında azərbaycanlı rəssam Məryəm Ələkbərlinin "Rənglərin rəqsi" sərgisi açılmışdır. 
İstedadlı fırça ustasının qrafika, batika və digər janrlara aid işlərinin nümayiş etdirildiyi və üç gün davam edəcək sərgidə İstanbul sakinlərinə və şəhərin qonaqlarına M.Ələkbərlinin 40 rəsm əsəri və onlar haqqında məlumatların yer aldığı kitab da təqdim olunmuşdur.
Sərginin açılış mərasimində ölkəmizin İstanbuldakı baş konsulu Həsən Zeynalov gənc və istedadlı rəssamın sərgisinin qardaş Türkiyənin mədəni həyatında əlamətdar hadisə olduğunu vurğulamış, Məryəm Ələkbərlinin şəfqət dolu ailədə böyüdüyünü, onun yaradıcılığında da bunun hiss olunduğunu söylədi.
Türkiyə parlamentinin deputatları, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı, "Palmali" şirkətlər qrupunun başçısı Mübariz Mənsimov, Türkiyədəki iş adamları və ziyalılarımız istedadlı rəssamın tabloları ilə tanış olmuşlar.
Çıxışlarda bildirilmişdir ki, 21 yaşlı rəssam nadir istedad və potensiala malikdir. Parisdəki Dekorativ Sənət İnstitutunda təhsilini davam etdirən Məryəm Ələkbərlinin sərgiləri UNESCO-da, Parisdə, Moskvada və Berlində təşkil olunmuşdur. Məşhur fransız sənətşünası Tierri Dufrenin "İşıq rəssamı" adlandırdığı gənc istedad tablolarını iki albomda toplamışdır.
Məryəm Ələkbərlinin sərgisi Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə paytaxt Ankarada da keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
İstanbul


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında