Azərbaycan Dövlət Neft Fondu 10 ton qızıl almışdır

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yeni investisiya alətlərinin tətbiqi çərçivəsində 10 ton qızıl almışdır.
"APA-ECONOMICS"in xəbərinə görə, bu barədə fondun icraçı direktoru Şahmar Mövsümov bildirmişdir.
Onun sözlərinə görə, hazırda həmin qızıl London banklarında saxlanılır və onun Azərbaycana gətirilməsi ilə bağlı hazırlıq gedir: "ARDNF ölkəyə gətiriləcək qızılın gömrük rüsumlarından azad olunması ilə bağlı Nazirlər Kabinetinə müraciət edib. Bu məsələ həll olunandan sonra qızılın ölkəyə gətirilməsinə başlanacaq. Qızıl Mərkəzi Bankın xüsusi anbarlarında saxlanacaq".
Ş.Mövsümov demişdir ki, ARDNF-ın gələn il üçün büdcə layihəsinin hazırlanması prosesi başa çatmaqdadır: "Layihədə ARDNF tərəfindən iri neft-qaz layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulub. İndiyədək fond xarici şirkətlərin səhmlərinin alınmasına 200 mln. dollar vəsait yatırıb. İlin sonunadək bu məbləğ 600 mln. dollara çatdırılacaq. Yaxın günlərdə fond bir neçə ölkədə daşınmaz əmlak alacaq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında