Azərbaycan neft və qaz sahəsində qədim tarixə malikdir

Azərbaycan neft və qaz sahəsində qədim tarixə malikdir. AzərTAc xəbər verir ki, bu sözləri Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) və Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birgə təşkilatçılığı ilə keçirilən "Neft, qaz və media" adlı beynəlxalq konfransda iştirak edən BMİ-nin rabitə meneceri Brus Blake müsahibəsində demişdir.
Brus Blake bildirmişdir ki, neft və qaz sahəsində əhəmiyyətli mövqeyə malik olan Azərbaycanda bu konfransın keçirilməsi böyük önəm kəsb edir. Neft və qaz dünyanın ən çox gəlir gətirən sahələrindən biridir və bu sahədə Azərbaycanda kifayət qədər inkişaf vardır. Bu konfrans yerli və xarici jurnalistlərə mütəxəssislər ilə dialoqlar aparmağa, sektorun Azərbaycanda və beynəlxalq aləmdə inkişafı haqqında lazımi məlumatlar almağa şərait yaradacaqdır.
Ölkəmizdə bu sahənin inkişaf tarixinə toxunan qonaq vurğulamışdır ki, Azərbaycanın neft sənayesinin qədim tarixi vardır. Azərbaycanda siyasi, iqtisadi, eləcə də neft-qaz sahəsində böyük dəyişikliklər və sürətli inkişaf davam edir. Bu cür konfranslar baş verən dəyişikliklər və inkişaf barədə ictimaiyyəti məlumatlandırmaq üçün böyük əhəmiyyətə malikdir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında