Azərbaycan Rusiyaya etiraz notası vermişdir

Sentyabrın 18-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Vladimir Doroxin Xarici İşlər Nazirliyinə çağırılmış, nazir müavini Xələf Xələfov ilə görüşmüşdür. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Xələf Xələfov Rusiya səfirinə cari il sentyabrın 14-də Moskva şəhər meriyasının icazəsi və "Rus-Erməni Birliyi"nin təşkilatçılığı ilə Moskvada Ramil Səfərovun əfv edilməsinə qarşı keçirilmiş aksiyada Rusiya Dövlət Şurası və Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycan xalqına qarşı terrora, cinayətə, milli ədavətə və düşmənçiliyə təhrik edən təxribatçı və məsuliyyətsiz çağırışı ilə bağlı qəti etiraz bildirmişdir.
Həmçinin nazir müavini həmin məsuliyyətsiz çağırışın iki ölkə arasında mövcud əməkdaşlıq və dostluq münasibətlərinə kölgə saldığını qeyd etmişdir. Vurğulanmışdır ki, belə bəyanatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın vasitəçilik missiyasına zərbə vurur. Xələf Xələfov V.Jirinovskinin məsuliyyətsiz bəyanatına Rusiyanın hakimiyyət strukturları tərəfindən müvafiq qiymətin veriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Görüşün sonunda Azərbaycan tərəfinin etiraz notası Rusiya səfirinə təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında