ARDNŞ -in Gürcüstanda inşa edəcəyi karbamid zavodunun təməli qoyulmuşdur

Sentyabrın 18-də Gürcüstanın Kulevi azad sənaye zonasında karbamid zavodunun təməlqoyma mərasimi keçirilmişdir.
Mərasimdə Gürcüstan Prezidenti Mixeil Saakaşvili, ARDNŞ prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, qonşu ölkənin maliyyə naziri Aleksandr Xetaquri və digər rəsmi şəxslər iştirak etmişlər.
Qeyd olunmuşdur ki, illik istehsal gücü 660 min ton olacaq zavodun tikintisinə 1500 işçi cəlb ediləcəkdir. İstismara verildikdən sonra zavodda 300-ə yaxın işçinin çalışacağı nəzərdə tutulur. Layihənin investisiya dəyəri minimum 100 milyon ABŞ dolları məbləğindədir. Zavodun inşasının 2016-cı ildə başa çatdırılması planlaşdırılır.
ARDNŞ prezidenti Rövnəq Abdullayev demişdir ki, Azərbaycan ilə yanaşı, qonşu Gürcüstanda da karbamid zavodunun inşası iki qardaş ölkədə aqrar sənayenin inkişafına, azot gübrəsinə tələbatın ödənilməsinə, eləcə də region bazarları üçün yeni və perspektivli məhsul istehsalına əlavə imkanlar yaradacaqdır.
Təməlqoyma mərasimindən sonra karbamid zavodunun tikintisi ilə bağlı müqavilə imzalanmışdır. Müqaviləni Gürcüstan hökuməti tərəfindən bu ölkənin iqtisadi inkişaf naziri xanım Vera Kobalia, ARDNŞ tərəfdən isə "SOCAR Georgia İnvestments Ltd"nin baş direktoru Əfqan İsayev imzalamışlar.

{nl}

İslam ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Tbilisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında