Masallıda beş yeni məktəb binası istifadəyə verilmişdir

15 sentyabr - Bilik Günündə Masallı rayonunda inşası başa çatdırılmış beş yeni məktəb binası şagirdləri qoyununa alıb. Rayonun Dəmirçi kəndində ikimərtəbəli, 220 yerlik ümumi orta məktəbin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə rayon rəhbərliyinin, yerli hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Çıxışlarda Masallıda, o cümlədən rayonun təhsil sektorunda baş verən yeniliklər regional inkişaf üzrə Dövlət Proqramının ardıcıl həyata keçirilməsinin nəticəsi kimi dəyərləndirilib. Bölgələrdə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya minnətdarlıq hissləri ifadə olunub.
Məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri yeni təhsil ocağında yaradılmış şəraitlə tanış olublar. Burada sinif və fənn kabinetləri ilə yanaşı, iki laboratoriya, kompyuter otağı, həmçinin idman zalı var. Bina istilik sistemi ilə təchiz olunub.
Sonra ictimaiyyətin nümayəndələri rayonun Qodman, Sığıncaq və Köçəkli kəndlərində ikimərtəbəli 360 yerlik, Ərəb kəndində isə birmərtəbəli 80 yerlik yeni məktəb binalarının da açılış mərasiminə qatılıblar. Açılış mərasimlərində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatlarının möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, ölkəmizin gələcək qurucularının hərtərəfli inkişafına xüsusi qayğı göstərildiyini bildirib, təhsil işçilərini və şagirdləri yeni dərs ili münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.
Milli Məclisin üzvləri Elmira Axundova və Nəriman Əliyev, rayon təhsil şöbəsinin müdiri Astan İbişov, ziyalılar, valideynlər çıxışlarında Azərbaycan Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına diqqətini yüksək qiymətləndirib, Masallıda təhsil sisteminin uğurlarından danışıb və yeni məktəblərin kollektivlərinə ən xoş arzularını ifadə ediblər.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında