Binə ticarət mərkəzində baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə əlaqədar cinayət işi başlanmışdır

Sentyabrın 16-da saat 15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən "Araz Avia" (Binə) ticarət mərkəzində dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş vermişdir.
Bakı Şəhər Prokurorluğundan AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, dərhal hadisə yerinə prokurorluq, Daxili İşlər, Səhiyyə nazirliklərinin və digər qurumların əməkdaşları gəlmiş, zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, həmin tarixdə səhər saatlarında ticarət mərkəzində elektrik enerjisinin dayandırılması səbəbindən bəzi mağaza sahibləri tərəfindən obyektlərin enerji ilə təmin edilməsi məqsədilə istifadələrində olan generator qurğuları işə salınmışdır.
Həmin qurğulardan yaranan dəm qazının təsirindən satıcı və alıcılardan ibarət 146 nəfər səhhətlərinin pisləşməsi ilə əlaqədar dərhal Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilmişdir. Xəstəxanada onlara ilkin tibbi yardım göstərilərək evlərinə buraxılmışlar. Hadisə nəticəsində ölüm faktı qeydə alınmamışdır.
Fakta görə Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar, o cümlədən hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi və məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin edilmişdir.
Hazırda cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində istintaq davam etdirilir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında