Sumqayıtdakı "Məişət malları" ASC-nin ərazisində baş vermiş yanğınla bağlı cinayət işi açılmışdır

Fövqəladə Hallar Nazirliyi (FHN) və Baş Prokurorluğun mətbuat xidmətlərindən AzərTAc-a daxil olmuş birgə məlumatda bildirilir ki, sentyabrın 17-də saat 17 radələrində Sumqayıt şəhərində yerləşən "Məişət malları" Açıq Səhmdar Cəmiyyətinin ərazisində 6 ədəd yanacaq çənində partlayışa keçən yanğın baş vermişdir. Partlayış nəticəsində alov ətrafa yayılmağa başlamışdır.
Dərhal hadisə yerinə Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və Sumqayıt şəhər prokurorluğunun əməkdaşları, həmçinin FHN-in maşın, mexanizm və helikopterləri gəlmişdir. Yanğın hadisəsinin qarşısının alınması, hadisə nəticəsində xəsarət alan şəxslərə təcili tibbi yardım göstərilməsi və digər təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.
Fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanmışdır.
İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, ASC-nin ərazisində yerləşən yanacaq çənlərində aparılan qaynaq işləri zamanı yanğın təhlükəsizliyi və əmək mühafizəsi qaydalarının pozulmasına yol verilmişdir. Hadisə nəticəsində 2 nəfər ölmüş, bir nəfər itkin düşmüş, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Ölən və xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.
Yanğının qarşısının alınması üçün intensiv tədbirlər görülmüşdür.
Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında