Azərbaycanlı məktəblilərin Gürcüstana səfəri yaddaqalan olmuşdur

Müxtəlif uşaq evlərindən olan bir qrup azərbaycanlı məktəbli Gürcüstandan səfərdən qayıtmışdır.
Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsun dəvəti ilə dost ölkədə məktəblilər on gün ərzində Tbilisi, Mtsxeta, Siqnaqi, Batumi, Kutaisi, Borjomi şəhərlərində olmuşlar. Səfərin ilk günündə Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs ilə görüşən nümayəndə heyəti Tbilisidəki açıq səma altında Etnoqrafiya Muzeyi, eləcə də paytaxtın müxtəlif görməli yerləri ilə tanış olmuşlar.
Ölkə ərazisində müxtəlif dövrlərə aid yaşayış məskənləri, qədim qala və muzeylərlə tanış olan məktəblilər Batumi Botanika Bağında, Delfinariumda, əyləncə parklarında mənalı istirahət etmişlər.
Səfərin sonuncu günü nümayəndə heyəti Tbilisidə Heydər Əliyev adına Parka gedərək ulu öndərin abidəsini ziyarət etmişlər.
Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs səfəri başa çatan azərbaycanlı məktəbliləri dəmir yol vağzalında yola salmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında