Dənizkənarı Milli Parkda FIFA U-17 qadınlararası dünya çempionatının ən əyləncəli hissəsi olan Fan Zona şəhər sakinlərinin ixtiyarına verilmişdir

Xəbər verdiyimiz kimi, bu il sentyabrın 22-dən oktyabrın 13-dək ölkəmizdə futbol üzrə "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012" keçiriləcəkdir 
AzərTAc xəbər verir ki, sentyabrın 15-də Dənizkənarı Milli Parkda FIFA U-17 qadınlararası dünya çempionatının ən əyləncəli hissəsi olan Fan Zona şəhər sakinlərinin ixtiyarına verilmişdir.
Fan Zonada çempionatın milli dəstəkçiləri SOCAR, "Bakcell", "Xalq Bank" və "Paşa Sığorta", eləcə də "VISA", "Hyundai", "Coca Cola" kimi FIFA tərəfdaşlarının da stendləri daxil olmaqla 12 stend və müxtəlif attraksionlar quraşdırılmışdır. Fan Zonanın əsas məqsədi yalnız stadionlarda deyil, həmçinin şəhər mərkəzində də futbol atmosferi yaratmaq, çempionat ab-havasını şəhər əhalisinə hiss etdirməkdir.
Üç min kvadratmetr sahədə quraşdırılmış Fan Zonaya giriş pulsuzdur. Burada azarkeşlər attraksionlardan istifadə edə və çoxlu pulsuz hədiyyələr qazana, həmçinin hər axşam təşkil olunacaq lotereyaya qoşula və əylənə bilərlər. Çempionat həyəcanını yaşamaq istəyən hər kəsin stendlərdən həmin günün konsert proqramı ilə bağlı məlumat almaq imkanı da olacaqdır.
Çempionatın final günü - oktyabrın 13-dək davam edəcək böyük əyləncə bazarında müxtəlif suvenirlərin, çempionatı simvolizə edən kiçik əşyaların satışı da təşkil olunmuşdur. Burada, həmçinin başı əyləncəyə qarışıb yeməyi unudan əyləncəsevərlər üçün qida məhsullarının, çempionat həyəcanından təsirlənib oyunu seyr etmək istəyənlər üçün bilet satışı da təşkil olunmuşdur.
Qalibiyyət üçün 32 oyun, 90 dəqiqə mübarizə aparacaq 16 komandanı dəstəkləmək, sevdiyi ölkəyə azarkeşlik etmək və ya ümumilikdə futbol eşqini üzərində daşımaq, simasına həkk etmək istəyənlər üçün "face painting" (üz rənglənməsi) nöqtəsi də istifadəyə verilmişdir.
Ümumilikdə, 29 gün davam edəcək Fan Zona əyləncəsi müddətində yerli və xarici müğənnilərin iştirakı ilə möhtəşəm konsert proqramları təşkil olunacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında