Bakıda tələbələr üçün 16 mərtəbəli yataqxanalar tikiləcək

Yaxın bir ay ərzində Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin köçürülməsinə başlanacaq. Trend-in məlumatına görə, bunu Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyev deyib.
Onun sözlərinə görə, BDU-nun 1960-cı illərdə tikilmiş 5 mərtəbəli 9 yataqxanası söküləcək. Onların yerində daha müasir, 16 mərtəbəli yataqxanalar tikiləcək. Həmin yataqxanalarda 10 minə yaxın tələbə yaşaya biləcək.
Şiriyev deyib ki, hazırkı yataqxanaların otaqları ilə müqayisədə yeni yataqxanaların otaqları daha geniş olacaq. Yeni yataqxanaların bir hissəsinin gələn ilin sentyabr ayınadak istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, yataqxanalarda məskunlaşmış 2972 köçkün ailəsi Abşeron rayonunda salınmış köçkün şəhərciyinə köçürüləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında