Gözdən Əlillər Cəmiyyətində təqdimat mərasimi keçirilmişdir

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə Heydər Əliyev Fondu tərəfindən hədiyyə edilmiş "İnformasiya masası" mini laboratoriyasının təqdimat mərasimi keçirildi. Konfransı giriş sözü ilə açan cəmiyyətin prezidenti Səmyar Abdullayev bildirdi ki, son illər gözdən əlil olan insanlara dövlət qayğısı artmaqdadır.
Xüsusilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın diqqət və qayğısını həmişə hiss edirik. Elə təqdimatına yığışdığımız "İnformasiya masası" mini laboratoriyasını da Heydər Əliyev Fondu cəmiyyətə hədiyyə etmişdir.
Bu avadanlıqlar vasitəsilə kor və zəif görən insanlar asanlıqla 15 - 20 dəqiqə ərzində istər brayl üsulu ilə, istər iri şriftlə, istərsə də MP3 diskinə köçürməklə və ya "Topaz 22 inch LCD ekranlı video böyüdücü" vasitəsilə istənilən mətni və ya təsviri böyüdərək məlumat ala bilərlər. Həmçinin bu avadanlıqların köməyi ilə tamamilə görmə imkanı məhdud şəxslər istənilən şəkil və ya xəritənin qabartmalı təsvirini əldə edərək özlərində dəqiq təsəvvür yarada bilərlər.
S.Abdullayev qeyd etdi ki, 2005-ci ildən başlayaraq Heydər Əliyev Fondu gözdən əlillərin "İnformasiya - kommunikasiya texnologiyalarına çıxışlarının təmin olunması" layihəsinə start vermişdir. Bu layihə çərçivəsində fond tərəfindən respublikada kor və zəif görən uşaqlar üçün internat məktəbində İnformasiya Resurs Mərkəzi yaradılmışdır. Mərkəzdən məktəbin şagirdləri ilə yanaşı, Bakı şəhərində yaşayan digər gözdən əlillər də səmərəli istifadə etmək imkanı əldə etmişlər. Sözü gedən layihə çərçivəsində respublikanın digər bölgələrində - Naxçıvan, Gəncə, Mingəçevir və Yevlax şəhərlərində analoji resurs mərkəzləri yaradılmışdır.
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti müxtəlif layihələr çərçivəsində gözdən əlillərin yeni peşələrə yiyələnməsi sahəsində müəyyən uğurlar əldə etmişdir. Belə ki, onlar masajçı, rabitəçi, cildçi, dərzi peşələrinə yiyələnmişlər. Azərbaycan Gözdən Əlillər Cəmiyyətində vaxtaşırı kompyuter və dil kursları təşkil olunur.
Sonra Səmyar müəllim İngiltərədə keçirilən Beynəlxalq Paralimpiya yarışlarında Azərbaycan idmançılarının naliyyətlərindən danışdı. O, bildirdi ki, bu yarışlarda Azərbaycan paralimpiyaçılarının qazandıqları 12 medalın 11-i Gözdən Əlillər Cəmiyyəti üzvlərinə məxsusdur. Əlbəttə, bütün bu nailiyyətlər cənab Prezidentin ölkədə idmana göstərdiyi qayğının nəticəsidir. Onu da deyim ki, hazırda Zabrat qəsəbəsində əlillər üçün inşa edilən Bərpa və Reablitasiya Mərkəzində idman üçün də şərait yaradılacaq.
Son olaraq bildirildi ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti görmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək məqsədilə yerli və beynəlxalq tədbirlərdə iştirak edərək dünya təcrübəsini öyrənir və onun ölkəmizdə tətbiq olunmasına çalışır.
Axırda jurnalistlər "İnformasiya masası" mini laboratoriyası ilə tanış oldular.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında