Suraxanı rayonunda Bilik Günü münasibəti ilə tədbirlər keçirilmişdir

Suraxanı rayonunun bütün tədris ocaqlarında, o cümlədən Bülbülə qəsəbəsində yeni istifadəyə verilmiş 327 nömrəli tam orta məktəbdə Bilik Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevinc Hüseynova qeyd etmişdir ki, tədris ocağının kollektivi yeni tədris ilinə hazırdır. S.Hüseynova xatırlatmışdır ki, məkrtəbin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətrinin başçısı İlqar Abbasov bildirmişdir ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Suraxanıda həyata keçirilən tədbirlər nəticəsində 2011-ci ildə 5 məktəb əsaslı təmir olunmuş, 5 məktəb üçün isə əlavə tədris korpusu tikilmişdir. Bundan başqa, 6 uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır. Proqramın icrası istiqamətində 2012-ci ildə işlər davam etdirilmişdir. Bu il 7 məktəb əsaslı təmir edilmiş, 3 məktəb üçün əlavə tədris korpusu tikilmişdir. 85 saylı məktəbin köhnə korpusu sökülmüş və yerində yenisi inşa olunmuşdur. Hazırda Bilik Günü qeyd edilən 327 saylı məktəb isə sentyabrın 14-də istifadəyə verilmişdir.
Başçı vurğulamışdır ki, 3 korpusdan və zirzəmidən ibarət binanın ümumi sahəsi 7 min 455 kvadratmetrdir. Məktəbdə 32 sinif otağı, fənn kabinetləri yaradılmışdır. Məkdəbdaxili simsiz internet xidməti təmin olunmuşdur.
MDB məkanında ilk dəfə olaraq burada "Smart sinif" açılmışdır. "Smart sinif" otağı layihəsi "ULTRA" şirkəti və Koreyanın "AHA" müəssisəsi ilə birgə həyata keçirilmişdir. "Smart sinif" otağında quraşdırılmış Simsiz şəbəkə, Rəqəmsal podium, İnteraktiv Smart LCD, Planşet komputer və digər avadanlıqlar kompleks şəkildə interaktiv tədrisə imkan yaradacaq və tədris prosesini gücləndirəcəkdir.
Smart sinif otağı layihəsinin tətbiq olunmasında əsas məqsəd Azərbaycanın təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə öz töhfəsini vermək, məktəb idarəetmə prosesində və həmçinin orta tədris sistemində informasiya texnologiyalarından istifadəni tətbiq etmək və gücləndirməkdən ibarətdir.
Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Müslüm Qəzənfərov iştirak etmişdir.
Çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmişlər.

{nl}


V.BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında