Səbaildə "Bilik Günü" şənlikləri

"Bilik Günü" Səbail rayonunun orta təhsil müəssisələrində də təntənəli qeyd olunmuşdur. Geniş hazırlıq işləri aparılmış 17 orta təhsil ocağı normal şəraitdə dərslərə başlamışdır.  
Bu il Bayıl yaşayış sahəsindəki 1929-cu ildə tikilmiş 49 saylı "İntellekt" məktəb-liseyin 3 mərtəbəli binası əsaslı təmir olunmuş, 36 əlavə sinif otağı olan 660 şagird yerlik, yeni tədris korpusu tikilmişdir.
Yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirdə çıxış edən məktəb-liseyin direktoru Təhminə Əsədova bildirmişdir ki, sentyabr ayının 5-də Prezident İlham Əliyev məktəbə gəlmiş, yeni və köhnə korpusların açılışında iştirak etmişdir. Bu gəliş məktəb kollektivi üçün əlamətdar bir hadisə olmuşdur. Direktor təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə cənab Prezidentə öz dərin təşəkkürünü bildirərək, pedaqoji kollektivin vətənimiz üçün savadlı və vətənpərvər nəsil yetişdirəcəyini vurğulamışdır.
Bibiheybət qəsəbəsindəki 50 saylı orta məktəbdə də bu il təmir işləri aparılmış, 1937-ci ildə tikilmiş binada müasir təhsil üçün hər cür şərait yaradılmışdır. Məktəbdə keçirilən "Bilik günü" tədbirində çıxış edən məktəbin direktoru Sədaqət Həsənova yaradılan şərait üçün ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya kollektivin və valideynlərin dərin minnətdarlığını bildirmişdir.
"Bilik günü"ndə şagirdləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 91 saylı orta məktəbin direktoru Svetlana Zülfuqarova kollektivin qazandığı uğurlardan danışmışdır. 67 məzunun 32-si ali məktəblərə, 4-ü isə xarici ölkələrin ali məktəblərinə daxil olmuşdur. 4 nəfər 500-dən, 2-si 600-dən çox bal toplayıb. 1 nəfər Prezident təqaüdünə layiq görülüb.
Yeni dərs ilinin başlanmasına həsr olunan tədbirlərdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov əsaslı təmirdən sonra istifadəyə verilmiş məktəblərin kollektivlərini təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Asif Əsgərov rayon məktəblilərinin keçən tədris ilində qazandıqları uğurlardan danışaraq bidirmişdir ki, orta məktəbləri bitirmiş 1448 nəfərdən 915-i tələbə adı qazanmış, 87 nəfər xarici ölkələrin ali məktəblərinə qəbul olunmuşdur. 11 məzun qızıl medala, 2 məzun isə Prezident təqaüdünə layiq görülmüşdür.
Qeyd olunmuşdur ki, ölkə başçısı İlham Əliyevin təhsilə olan diqqət və qayğısının bariz nümunəsi kimi bu il Səbail rayonunda 1 yeni məktəb və uşaq bağçası istifadəyə verilmiş, 2 məktəb, 1 uşaq bağçası əsaslı təmir olunmuş, 2 məktəb üçün əlavə korpuslar tikilmişdir. Hazırda 1 uşaq bağçasının təmiri, 1 uşaq musiqi məktəbinin yenidən tikintisi davam edir. Bu işlərin davamı kimi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın əlavə tədbirlər planına rayon üzrə daha 6 bənd salınmışdır.
Millət vəkili Fuad Muradov hər 3 məktəbdə keçirilən tədbirlərdə iştirak edərək, kollektivləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında