Ombudsmanların beynəlxalq konfransında Bakı bəyannaməsi qəbul edilmişdir

İyunun 19-da Azərbaycanda İnsan Hüquqları Günü və "Ekologiya ili" münasibətilə "İnsan hüquqları və ətraf mühit: iqlim dəyişmələrinin hüquqi və etik aspektləri" mövzusunda Ombudsmanların VIII Bakı beynəlxalq konfransı başa çatmışdır. Konfransda Bakı bəyannaməsi qəbul edilmişdir.
Bəyannamədə ekoloji tarazlığın pozulması ilə bağlı insanı mümkün təhlükələrdən qoruyan yeni nəsil hüquqların (ekoloji hüquqlar toplusunun) formalaşması və təbliği, ekoloji hüquqların müdafiəsi sahəsində effektiv milli qanunvericilik aktlarının qəbul edilməsi, ekoloji hüquqların səmərəli müdafiəsi məqsədi ilə dövlət qurumları, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi, hərbi münaqişələr və konfliktlərin qarşısının alınması, onların dinc yolla həll olunması üçün proqramların hazırlanması və digər problemlərin həlli məsələləri əks olunmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında