Alimin elmi uğurlarına verilən layiqli qiymət

Azərbaycan ziyalılarını beynəlxalq səviyyədə təmsil edən şəxsiyyətlərdən bəhs edərkən, fəxr hissi ilə qeyd etmək lazımdır ki, onlar müstəqillik illərində ölkəmizin xaricdə inkişaf etmiş, gələcəyə istiqamətlənmiş və dünya sivilizasiyasını zənginləşdirən dövlət kimi tanınmasında misilsiz xidmətlər göstərmişlər. 
Belə görkəmli xadimlər sırasına Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının akademiki, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Fərhad oğlu Qarayev də aid edilir. Alimin yorulmaz zəhməti həm Azərbaycanın dövlət mükafatları, həm də ABŞ, İngiltərə, Fransa, Çin, Rusiya, Vyetnam və Rumıniyanın, eləcə də bir çox beynəlxalq təşkilatların fəxri adları və mükafatları ilə qeyd edilmişdir.
Siyavuş Qarayevə verilmiş fəxri adlar arasında onun üzvü kimya və neft kimyasının inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə seçildiyi Rusiyanın Təbiət Elmləri Akademiyasının həqiqi xarici üzvü adını da qeyd etmək lazımdır. Bu günlərdə Moskva şəhərindən qeyd edilən akademiyanın Rəyasət Heyətinin qərarı ilə Azərbaycandan ilk olaraq, akademik Siyavuş Qarayevin "Uğur ulduzu" fəxri nişanı ilə təltif olunması barədə xoş xəbər gəlib. Onun MDB, eləcə də xarici ölkələrin neft-qaz və neft-kimya sahələri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlanması, elmi-tədqiqat işlərinin dünya standartları səviyyəsinə uyğun təşkil edilməsi və aparılması istiqamətlərindəki nailiyyətləri məhz belə qiymətləndirilmişdir.
Siyavuş müəllimi layiqli mükafat münasibətilə ürəkdən təbrik edir, ona gələcək yaradıcılığında müvəffəqiyyətlər və yeni elmi kəşflər arzulayırıq.

{nl}

"Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında