Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Məhəmməd peyğəmbər haqqında dini nifrət zəminində çəkilmiş filmi qətiyyətlə pisləyir

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) bu yaxınlarda ABŞ-da Məhəmməd peyğəmbər haqqında çəkilmiş, müsəlmanların dini hisslərinə və qüruruna toxunan filmin yayımlanmasına qarşı bəyanatla çıxış etmişdir. 
Bəyanatda deyilir ki, dini nifrət zəminində çəkilmiş bu film anti-islamçı qüvvələrin İslamı təhqir etməyə yönəlmiş növbəti fitnəkarlığıdır. İslam Əməkdaşlıq Təşkilatı ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarını özündə birləşdirən İKGF dünya müsəlmanlarını bu tipli təxribatlara uymamağa və başqa din nümayəndələrinə qarşı tolerant münasibət göstərməyə çağırır. Təşkilat, həmçinin bu filmin çəkilməsini, yayımlanmasını qəti surətdə pisləyir və onun yaradıcılarının qanunla məsuliyyətə cəlb olunmasının zəruriliyini qeyd edir.
İKGF, eyni zamanda ABŞ-ın Liviyadakı səfiri və üç amerikalı diplomatın qətlindən təəssüfləndiyini bildirir.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında