Prezident Administrasiyasında Türkiyənin Azərbaycandakı səfirinin diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüş olmuşdur

Sentyabrın 14-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və Administrasiyanın şöbə müdirlərinin Türkiyənin ölkəmizdə diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç ilə görüşü olmuşdur.  
Dost və qardaş ölkənin səfiri Hulusi Kılıçı səmimi salamlayan Ramiz Mehdiyev diplomatın Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafındakı xidmətlərini yüksək qiymətləndirmişdir.
Prezident Administrasiyasının rəhbəri dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına əsasən "Dostluq" ordeni ilə təltif olunması münasibətilə Hulusi Kılıçı təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Ölkəmizdə diplomatik fəaliyyəti dövründə həm Türkiyəyə, həm də Azərbaycana xidmət etdiyini vurğulayan Hulusi Kılıç yüksək dövlət mükafatı - "Dostluq" ordeni ilə təltif olunduğuna görə Azərbaycan Prezidenti İlham Əliyevə bir daha minnətdarlığını bildirmişdir. Ölkəmizdəki diplomatik fəaliyyətindən qürur hissi keçirdiyini deyən səfir Azərbaycana olan sevgisini həmişə qəlbində yaşadacağını vurğulamışdır.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında