Maksim VERHAGEN: Niderland Krallığı Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir

Sentyabrın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Niderland Krallığının Baş nazirinin müavini və iqtisadi işlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan-NATO əməkdaşlığı, sülhün və təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu, enerji və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Azərbaycanda iqtisadi sahədə aparılan uğurlu islahatlar haqqında danışan E.Məmmədyarov qeyri-neft sektorunun inkişafına böyük önəmin verildiyini qeyd etmişdir.
M.Verhagen isə vurğulamışdır ki, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycan-Niderland əməkdaşlığının inkişafı üçün önəmlidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da danışan E.Məmmədyarov, mövcud status-kvonun qəbuledilməz olduğunu, Ermənistanın məsələnin həlli istiqamətində aparılan sülh danışıqlarını uzatdığını vurğulamışdır.
M.Verhagen isə xüsusi qeyd etmişdir ki, Niderland Krallığı Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların davam etdirilməsinin tərəfdarıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında