ASALA Azərbaycanın xaricdəki səfirliklərini və bir sıra beynəlxalq media qurumlarını növbəti dəfə terrorla hədələyib

Erməni NOR-ASALA terror təşkilatı ("Yeni Asala") Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə terror hədələri ilə dolu məktub göndərib.
APA-nın məlumatına görə, məktublar dünən Azərbaycanın xarici ölkələrdəki bir sıra səfirliklərinə, o cümlədən Macarıstandakı səfirliyə göndərilib. Məktubların surətləri beynəlxalq kütləvi informasiya vasitələrinə, o cümlədən "Guardian"a göndərilib. Məktublarda Azərbaycanın diplomatik missiyasına, səfirlik əməkdaşlarına qarşı birbaşa təhdidlər yer alıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə açıqlamasında bu faktı təsdiqləyib. Məlumatı şərh edən XİN rəsmisi bildirib ki, erməni tərəfinin göndərdiyi növbəti belə məktublar Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş terror təhdididir. O qeyd edib ki, beynəlxalq ictimaiyyət belə təhdidlərə reaksiya verməlidir, çünki Azərbaycan terrorçuluğa qarşı mübarizə işində aktiv əməkdaşlıq edən ölkələrdəndir.
"Ermənistan rəhbərliyinin təhriki ilə meydana çıxan bu terror təhdidləri təkcə Azərbaycana deyil, terrorçuluğa qarşı mübarizə aparan bütün ölkələrə qarşı yönəlib. Bütün ölkələr bu təhlükəyə qarşı mübarizədə birləşməlidir".
Elman Abdullayev bildirib ki, situasiyanın araşdırılması, həmçinin ölkəmizin xaricdəki səfirliklərinin mühafizəsinin gücləndirilməsi işinin həmin dövlətlərlə koordinasiyası davam edəcək.
"Təhdidlər cəzasız qalmamalıdır, beynəlxalq ictimaiyyət onlara laqeyd yanaşmamalı, bu faktları pisləməlidir. Əgər erməni tərəfi terror üstünlük verirsə, Azərbaycan tərəfi terrorçuluğa qarşı mübarizəyə üstünlük verir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında